Reşford rəsmən "Aston Villa"da
03.02.2025 - 10:08
Reşford rəsmən "Aston Villa"da

Premyer Liqa klublarından “Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Birmingem təmsilçisi “Mançester Yunayted”dən Markus Reşfordu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Reşford icarə əsasında mövsümün sonuna kimi “Aston Villa”da forma geyinəcək.

Qeyd edək ki, 27 yaşlı vinger bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 24 matça çıxıb, 7 qol və 3 asistlə yadda qalıb. 

0