Roberto Bordinin yeni klubu bəlli olub
08.09.2025 - 19:53

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, mütəxəssis karyerasını Albaniyada davam etdirəcək.
O, "Tirana" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bordin həmin postda Vangel Maylı əvəzləyib.
Qeyd edək ki, Roberto Bordin ötən mövsüm də Albaniyada çalışıb. O, 18 oyunda "Elbasan"a rəhbərlik edib.
0
0