"Roma"da ciddi itki
21.02.2025 - 23:58
"Roma"da ciddi itki

"Roma"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın futbolçusu Artyom Dovbik zədələnib.

O, bud əzələsindən xəsarət alıb.

Ukraynalı hücumçu A Seriyasının XXVI turunun "Montsa" ilə oyununu buraxacaq.

Qeyd edək ki, Dobvik cari mövsüm "Roma"nın heyətində 33 oyun keçirib və 13 qol vurub.