Bu gün "Əl-Nəsr" və "Əl-İttihad" Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında üz-üzə gəliblər.
Apasport.az xəbər verir ki, tək oyunluq formatda keçirilən matç Honq Konqda baş tutub.
Bakı vaxtı ilə 16:00-da başlayan qarşılaşmada "Real Madrid"in sabiq ulduzları Kriştianu Ronaldo və Kərim Benzema rəqib olaraq üzləşiblər.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Görüş "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi ilə ilk kubokunu qazanıb.
Səudiyyə Ərəbistanı Superkuboku
Yarımfinal
16:00. "Əl-Nəsr" - "Əl-İttihad" 2:1
Qollar: S. Mane 10, S. Berqvayn 16, J. Feliks 61
Qırmızı vərəqə: S. Mane 25
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu