Salah Anrini geridə qoydu
26.01.2025 - 15:48
“Liverpul”un hücumçusu Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 19-cu qolunu vurub.
Apasport.az xəbər verir ki, misirli forvard İngiltərə çempionatının XXIII turunun “İpsviç”lə matçının (4:1) 35-ci dəqiqəsində fərqlənib.
Ümumilikdə bu, Salahın Premyer Liqada 176-cı qolu olub.
O, bu göstərici ilə 175 qola imza atmış “Arsenal”ın keçmiş oyunçusunu Tyerri Anrini qabaqlayıb.
0
0