"Selta Viqo" Benitezlə yollarını ayırdı
12.03.2024 - 17:31

İspaniya çempionatında baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, "Selta Viqo"nun çalışdırıcısı Rafael Benitezin müqaviləsinə xitam verilib.
La Liqa təmsilçisinin son dönəmlərdəki uğursuz matçları, xüsusən də, "Real Madrid"ə (4:0) məğlub olması klub rəhbərliyini alternativsiz qoyub.
Qeyd edək ki, Benitez 1 iyul 2023-cü ildən "Selta Viqo" klubunu çalışdırır.
0
0