Silva “Borussiya”nın hədəfində
05.08.2025 - 20:29
Silva “Borussiya”nın hədəfində

Dortmund "Borussiya"sı heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub Fabio Silva ilə maraqlanır.

Almaniya təmsilçisi onun çıxış etdiyi "Vulverhempton"la danışıqlara başlayıb.

"Canavarlar" 25 yaşlı hücumçunun transferinə görə 25 milyon tələb edirlər. "Borussiya" Silvanın sayəsində ön xətdə daha da rəqabət yaratmaq niyyətindədir.

Qeyd edək ki, portuqaliyalı futbolçu son mövsümü icarə əsasında "Las-Palmas"da keçirib. O, La Liqada 24 oyunda 10 dəfə fərqlənib.