Son dəqiqə: Super Liqada aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib
16.03.2025 - 17:25

Türkiyə Super Liqasında aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Bodrum" "Rizespor"u 2:0 hesabı ilə məğlub etdikdən sonra çempionatın bitməsinə 10 tur qalmış elitanı tərk edən komanda bəlli olub.
Belə ki, "Adana Demirspor" aşağı liqaya yuvarlanan ilk klub olub.
Qeyd edək ki, "Adana Demirspor" mənfi 2 xalla sonuncu pillədə qərarlaşıb. "Bodrum" isə 30 xalla 15-ci - düşmə zonasından bir pillə yuxarıda yer alıb.
0
0