Tammi Abraham rəsmən "Beşiktaş"da
03.07.2025 - 21:31

"Beşiktaş" Tammi Abrahamı heyətinə qatıb.
Apasport.az xəbər verir ki, klub bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.
Məlumatda həm futbolçu, həm də komandası "Roma" ilə anlaşma əldə edildiyi bildirilib.
"Qartallar" 2025-2026 mövsümü üçün "Roma"ya 2 000 000 avro icarə haqqı ödəyəcək.
Bundan əlavə, müqavilədəki şərtlər yerinə yetirilərsə, oyunçunun daimi transferi qüvvəyə minəcək. 2026-2027 mövsümündə "Beşiktaş" 2030-cu ilə qədər "Roma"ya hissə-hissə 13 000 000 ödəyəcək.
0
0