TFF Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində yerləşən hoteldə baş verən yanğın nəticəsində həyatını itirənlərin xatirəsinə matçlara 1 dəqiqəlik sükutla başlanılacaq.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 24, 25, 26 və 27-də keçiriləcək bütün matçlardan əvvəl Bolu Kartalkaya Xizək Mərkəzində baş verən yanğın nəticəsində həlak olan vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bundan əlavə, bütün klublar matçlara qara sarğı ilə çıxacaqlar.
Qeyd edək ki, son xəbərlərə görə, yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb.