Türkiyə millisinin üzvü “Dortmund”a geri qayıdıb
29.01.2025 - 01:54
Türkiyə millisinin üzvü “Dortmund”a geri qayıdıb

Almaniya Bundesliqası komandalarından “Borussiya Dortmund” icarədə olan futbolçusunu geri çağırıb.

Apasport.az xəbər verir ki, söhbət Salih Özcandan gedir.

Mövsümün əvvəlində 1 illik icarə əsasında “Volfsburq”a göndərilən yarımmüdafiəçi, komandaların razılaşmasına əsasən, “Dortmund”a geri qayıdıb.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Klubun həmin mövqedə olan oyunçusu Feliks Nmeçanın zədələnməsi səbəbilə belə bir qərar verdiyi bildirilib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Volfsburq”un heyətində 12 rəsmi matçda çıxış edib.

0