Vardi Premyer Liqa klubunun radarında
30.04.2025 - 23:56

Ceymi Vardi növbəti mövsümə "Vulverhempton"da başlaya bilər.
Apasport.az xəbər verir ki, 38 yaşlı hücumçu "Volves"lə danışıqlara başlayıb.
Vardi yayda uzun illər formasını geyindiyi "Lester"i tərk edəcəyini açıqlayıb.
O, karyerasını Çempionşipdə deyil, Premyer Liqada davam etdirmək istəyir.
Qeyd edək ki, ingiltərəli forvard bu mövsüm "Lester"in heyətində çıxış etdiyi 33 oyunda 8 qol vurub və 3 assistlə yadda qalıb.
0
0