“Vest Hem”dən Todibo qərarı
07.06.2025 - 17:53
“Vest Hem”dən Todibo qərarı

"Vest Hem" Jan-Kler Todibo ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub "Nitsa"dan icarəyə götürdüyü futbolçunu transfer edib.

London klubu mərkəz müdafiəçisi üçün satınalma bəndindən istifadə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vest Hem" "Nitsa"ya 42 milyon avro təzminat ödəyib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Vest Hem" Jan-Kler Todibonu mövsümün əvvəlində icarəyə götürmüşdü.