Vinisius "Real Madrid"in növbəti matçını buraxacaq
14.03.2025 - 18:18

"Real Madrid"in hücumçusu Vinisius Junior komandanın son məşqində iştirak etməyib.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vinisius özünü yaxşı hiss etmədiyi üçün Çempionlar Liqasının “Atletiko” ilə cavab oyununun (penaltilər - 4:2) əlavə vaxtında əvəzlənib.
Vinisiusun növbəti matçda iştirakı ilə bağlı qərar hələ verilməyib. Klub rəhbərliyi mövzu ilə bağlı heç bir riskə getməyəcək.
Qeyd edək ki, martın 15-də “Real” İspaniya çempionatının səfər oyununda “Vilyarreal”la qarşılaşacaq.
0
0