Virtz “Bayer”də qalmaq istəyir
29.01.2025 - 18:53
Almaniya Bundesliqası komandalarından “Bayer” Florian Virtzlə müqaviləsini yeniləməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, oyunçu Leverkuzen təmsilçisi ilə 2028-ci ilə qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalamağa çox yaxındır.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, yarımmüdafiəçinin sərbəstqalma məbləği 125 milyon avro səviyyəsinə qaldırılacaq.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm “Bayer”in heyətində iştirak etdiyi 30 rəsmi matçda 14 qol, 11 assistlə yadda qalıb.
0
0