Xabi Alonso “Bayer”lə tarix yazdı
17.05.2025 - 22:55
Xabi Alonso “Bayer”lə tarix yazdı

Almaniya Bundesliqasında mövsümün sonuncu – XXXIV turu baş tutub.

Apasport.az xəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu “Bayer” səfərdə “Maynts”la qarşılaşıb.

Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Bu nəticə ilə ispaniyalı mütəxəssis yeni rekorda imza atıb.

Leverkuzen təmsilçisi onun rəhbərliyi altında son iki mövsümdə səfərdə keçirdiyi 34 matçda bir dəfə belə məğlub olmayaraq Bundesliqa rekorduna sahib çıxıb.

Qeyd edək ki, Alonsonun yaxın vaxtlarda “Real Madrid”in sükanı arxasına keçməsi gözlənilir.