
"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid" ispaniyalını mayın sonunda postunu tərk edəcək Karlo Ançelottinin əvəzedicisi kimi görür.
İddialara görə, "Bayer"in çalışdırıcısı artıq qərarını verib - o, yayda "kral" klubuna rəhbərlik edəcək. Tərəflər arasında razılaşma əldə olunmaq üzrədir.
Yaxın günlərdə Alonso Leverkuzen klubunun rəhbərliyi ilə görüşərək ayrılmaq niyyətində olduğunu açıqlayacaq.
Qeyd edək ki, Xabi 2022-ci ilin oktyabrından “Bayer”ə rəhbərlik edir. Məşqçinin hazırkı müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir.