Futzal üzrə Avropa çempionatında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Belçikada təşkil olunan final mərhələsinin ikinci günündə meydana C və D qrupunda yer alan komandalar çıxıb.
Azərbaycan millisinin yer aldığı qrupda İtaliya ilə Sloveniya üz-üzə gəlib. Komandamızın istirahət etdiyi tur sensasiya ilə əlamətdar olub. Belə ki, balkanlılar çempionatın favoritlərindən sayılan İtaliyanı məğlub etməyi bacarıblar – 3:2.
Günün digər oyunu da sensasiya ilə nəticələnib. Əvvəlki 8 çempionatın 6-da qalib titulunu qazanan, son 4 yarışda Avropanın ən yaxşısı olan İspaniya yığması Xorvatiya ilə görüşdə xal itirib – 3:3.
Futzal üzrə Avropa çempionatı
I tur
29 yanvar
C qrupu
İtaliya – Sloveniya – 2:3
D qrupu
İspaniya – Xorvatiya – 3:3
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat