“Arsenal” futbol klubunun futbolçusu Santi Kasorlo “Real Madrid”in qapıçısı İker Kasilyasla sonuncunun gələcək karyerası barədə danışıb. Apasport.az saytının məlumatına görə, “topçuların” yarımmüdafiəçisi ispaniyalı qapıçıya London klubuna keçməyi təklif edib.
Qeyd edək ki, Kasilyas bu mövsüm ölkə çempionatında “Real” əsas heyətinə düşə bilmir. O ancaq İspaniya Kubokunda və Çempionlar Liqasında madridlilərin qapısını qoruyur. Onun mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir. Kasorlu bildirib ki, Kasilyasa “Arsenal”a keçəcəyi təqdirdə şad olacağını bildirib: “O, hələlik mənim İngiltərədəki karyeramla maraqlanır. Vəziyyət son dərəcə mürəkkəbdir. Amma o, bütün hallarda qərar qəbul etməli olacaq. Onunla bir çox klublar, o cümlədən “Arsenal” maraqlanır. Amma güman edirəm ki, “Real”la vidalaşmaq bütün hallarda çox çətin olacaq”.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki