“Barselona”nın gənc hücumçusu Antonio Sanabriya karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə Kataloniya klubunu rəsmi saytı məlumat yayıb.
“Sassuola” 17 yaşlı futbolçunu hetətinə qatıb. Sanabriya mövsüm sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək. İtaliya təmsilçisi bu keçid üçün 4.5 milyon avro ödəyəcək. Lakin futbolçunun çıxışından asılı olaraq, bu məbləğ 12 milyon avroya qədər yüksələ biləcək.
Qeyd edək ki, Paraqvay millisinin də üzvü olan forvard “Barselona”nın əvəzedici komandasında çıxış edirdi. Sanabriya ilə bağlı ilk olaraq ispan klubu ilə “Roma” ilkin razılığa gəlsə də, “Sassuolo” son anda keçidi öz xeyrinə həll edib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat