İspaniyada keçirilən təlim-məşq toplanışında Kiyev “Dinamo”su ilə yoxlama oyunu keçirən “Bakı” klubu Ukrayna təmsilçisində xoş təəssürat yarada bilməyib. Apasport.az saytının məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, rəqib futbolçuları bakılıları zəif adlandırıblar.
Belə ki, Kiyev “Dinamo”sunun tanınmış simalarından olan Oqnen Vukoyeviç Xorvatiya təmsilçisi “Riyeka” ilə keçirilən yoxlama oyunundan sonra iki rəqibi komandanı müqayisə edib. Xorvatiya millisinin üzvü həmyerliləri “Bakı”dan üstün sayıb: “Riyeka” ilə qarşılaşmada “Dinamo” daha yaxşı oyandı. Amma bu rəqibimiz ötən yoxlama matçında üz-üzə gəldiyimiz “Bakı”dan güclüdür. Bu komanda Avropa Liqasının ağır qrupunda 4 xal toplaya bilib”.
Qeyd edək ki, “Dinamo” “Bakı” ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olmuşdu. Oqnen həmin qarşılaşmada komandasının start heyətində yer almışdı.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”