Bakının “İnter” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi braziliyalı hücumçu Paulinyonu heyətinə qatıb.
Tam adı Paulo Xose de Oliveyra olan 28 yaşlı futbolçunun son klubu “Braqantino”dur.
2013-cü ilin gedişində bu komandaya keçən Paulinyo Braziliyanın B seriyasında 6 matça çıxıb.
Peşəkar karyerasına 2005-ci ildə “San Xose” klubunda başlayan hücumçu “Palmeyras”, “Uniao Barbarense”, “Demokrata” komandalarında da çıxış etdikdən sonra vətəni tərk edib.
2007-12-ci illərdə İsveçdə legioner həyatı yaşayan braziliyalı ilk 4 ili “Haken”, 2011-12-ci illəri “Erebru”da keçirib. Ötən ilin əvvəlində doğma “San Xose”yə dönən cənubi amerikalı mövsümün gedişində “Braqantino”ya üz tutub.
Qeyd edək ki, “inter” bunadək kosta-rikalı Dieqo Madriqalı da transfer etmişdi.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”