“İtaliya ilə oyunumuz həqiqətən də çox çətin oldu. Rəqibimiz əla komandadır. Lakin biz matça yüksək səviyyədə köklənmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniya millisinin futzalçısı Kristian Çujeç deyib.
Avropa çempionatının final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan balkanlılar lk turda İtaliyanı 3:2 hesabı ilə məğlub edib. Çujeç bu qələbəni rəqibi yaxşı təhlil etmələri ilə izah edib: “Meydanda ürəyimizi qoyduq və bunun nəticəsində istədiyimiz nəticəni qazandıq. Hisslərimi ifadə edə bilmirəm. İlk dəfə idi ki, belə halla üzləşirdim. Biz italiyalıların oyununu təhlil etmişdik. Buna uyğun taktika qurmuşduq və matç da istədiyimiz kimi keçdi”.
Qeyd edək ki, Sloveniya millisi sabah yığmamızla qarşılaşacaq.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat