“Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Bernard Lippert də almandır və “Fortuna”nın U-23 komandasının çalışdırıcısı Taşkın Aksoyla dostdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Tuğrul Erat deyib.
Milliləşən almaniyalı legioner vətənində verdiyi növbəti müsahibdə komandamıza gəlməyini xatırlayıb: “Lippert komandasına hücumçu axtarırdı. Aksoyla söhbətində mənim adım hallanıb. Bunu mənə dedikdən sonra valideynlərimlə məsləhətləşdim və özümü sınamağa qərar verdim. Yığmadakı 4 oyunda 3 qol və 2 məhsuldar ötürməyə imza atdım. Bu da ki, əlbəttə çox yaxşıdır. Komandamızda rus və ukraynalı da var. Lakin dillə bağlı problem yaşamırıq”.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”