“Qalatasaray” daha bir legioneri ilə yolları ayırdı
28.01.2014 - 20:55
“Qalatasaray”da istənilən çıxışı göstərə bilməyən Nordin Amrabat və Albert Rieradan sonra Dani Nounkeu ilə də yolları ayırıb. Apasport.az “Ntv Spor”a istinadən xəbər verir ki, sabiq klubu “Qaziantepspor” 27 yaşlı müdafiəçini heyətinə qatıb.
Anlaşmaya əsasən, təcrübəli futbolçu mövsüm sonuna kimi yeni komandasında çıxış edəcək. Bu transferin detalları ilə bağlı yaxın vaxtlarda hər iki klub tərəfindən rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, Kamerun millisinin də üzvü olan Dani 2012-ci ilin iyun ayında “Qaziantepspor”dan İstanbul təmsilçisinə keçmişdi.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0