“Qalatasaray”ın futbolçusu Nordin Amrabat karyerasını İspaniya La Liqasında davam etdirəcək. Apasport.az saytının “Ntv Spor”a istinadən məlumatına görə, “Malaqa” 26 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Mərakeşli futbolçu mövsüm sonuna kimi, yeni komandasında icarə əsasında çıxış edəcək. Anlaşmaya görə ispan klubu bu keçid üçün "Cim-Bom"a heç bir məbləğ ödəməyəcək. Onlar sadəcə olaraq, mərakeşli futbolçunun 6 ay ərzində İstanbul təmsilçisindən alacağı maaşı öhdələrinə götürüblər.
Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Amrabat 2012-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Kayserispor”dan “Qalatasaray”a transfer olunub.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”