Antalyada mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qəbələ" daha bir futbolçu ilə güclənib. Apasport.az saytının xəbərinə görə, Tacikistan yığmasının üzvü Davronjon Erqaşev mövsümün sonunadək "qırmızı-qaralar"ın şərəfini qoruyacaq.
Erqaşev karyerası boyunca "Reqar-TadAZ", "İstiqlal" (hər ikisi Tacikistan) və "Jetisu" (Qazaxıstan) klublarının formasını geyinib.
Hazırda yeni komandasının düşərgəsində məşqlərdə yer alan müdafiəçi "Qəbələ" ilə bağlı təəssüratlarını gabalafc.az-la bölüşüb: "Qəbələ" kimi iddialı kluba keçdiyim üçün çox sevincliyəm. Yaxşı kollektivimiz var. Qısa müddətdə yeni komandama uyğunlaşdım. Hamı ilə gözəl münasibətim var. "Qəbələ"nin hədəflərindən xəbərdaram. Məni qarşıda güclü rəqabət gözləyir. Özümə, bacarığıma güvənirəm. Düşünürəm ki, bacarığımı ortaya qoyub heyətdə möhkəmlənə bilərəm".
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”