“Srvena Zvezda” “Qəbələ”dən futbolçu istəyir
30.01.2014 - 12:25
“Qəbələ”nin futbolçusu Dejan Kelhar Azərbaycanı tərk edə bilər. Apasport.az saytının məlumatına görə, Sloveniya millisinin müdafiəçisi Serbiyanın adlı-sanlı “Srvena Zvezda” klubunun hədəfindədir.
Vaxtilə Çempionlar kubokunu qazanmış Belqrad təmsilçisi arxa xətt oyunçusunu heyətinə qatmaq əzmindədir. Qış fasiləsində müəyyən itkilərlə üzləşən serbiyalılar “Qəbələ”də heyətə düşməkdə çətinlik çəkən Kelharla boşluqları aradan qaldırmaq fikrindədir.
Qeyd edək ki, cari mövsüm 7 oyun keçirən müdafiəçi ümumilikdə Premyer Liqamızda 35 matça çıxıb.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0