Futbol üzrə Azərbaycan Superkuboku uğrunda matçda iştirak etmiş “Xəzər Lənkəran” və “Neftçi” klublarına mükafat ödənilməyib. Bu haqdaLent.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, 2013-2014-cü il mövsümünün Əsasnaməsində Superkubokun qalibinə 100 min, məğlub komandaya isə 50 min manatın ödənilməsinə dair bənd yer almayıb: “Mövsüm öncəsi Əsasnaməmiz təsdiqlənir. Həmin əsasnamədə mükafatlandırmaya dair bənd də olur. Əgər bəndlərin heç birində Superkubokun mükafat fonduna dair bir şey yazılmayıbsa, mən onu poza bilmərəm”.
Musayevin sözlərinə görə, əvvəllər Topaz Premyer Liqasının medalçıları üçün nəzərdə tutulan pul mükafatı ötən mövsümdən ləğv edilib. Amma I Divizionun qalibinə verilən 100 min manat mükafat qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2013-cü il martın 15-də keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasından sonra mətbuata Superkubokun keçiriləcəyi və hətta 150 min manat mükafat fondunun müəyyənləşdirildiyi barədə açıqlama verilib. Həmin məbləğin 100 min manatı qalib, 50 min manatı isə məğlub komandaya çatmalı idi.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”