“Xəzər Lənkəran”dan 5-ci transfer
29.01.2014 - 09:59
Mövsümün ikinci yarısına hazırlaşan “Xəzər Lənkəran” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi makedoniyalı Deyan Blajevski ilə münasibətlərini rəsmiləşdirib.
29 yaşlı cinah yarımmüdafiəçisi ilə ilyarımlıq müqavilə imzalanıb. Ölkəsinin əsas yığmasında 2 matça 1 qol vuran Deyan komandasının 5-ci transferi olub. Ona qədər “Xəzər Lənkəran” Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonun keçidini rəsmiləşdirmişdi.
Qeyd edək ki, Blajevskinin son klubu vətənində “Turnovo” olub.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0