“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Türkiyə millisini çalışdırmağa hazırdır. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən açıqlayıb.
O bildirib ki, TFF-dən Dənizliyə yığmanı çalışdırmaq təklifi edilməsi haqda yazılan xəbərlər o qədər də inandırıcı deyil. Dəmirorən belə bir mütəxəssisin millinin “sükanı arxasına” keçməyə həmişə hazır olduğunu, bu üzdən də onunla bu haqda danışmağa da lüzum görmədiyini qeyd edib: “Düşünmürəm ki, Türkiyə Futbol Federasiyasından kimsə Mustafa Dənizli ilə bu haqda danışıb. Belə bir mütəxəssisə “hazır ol” deməyə də ehtiyac yoxdur. Onsuz da onunla ürəkdən bağlıyıq”.
Qeyd edək ki, Dənizli 2013-cü ilin payızından “Xəzər Lənkəran”ı çalışdırır.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ