“Lans”a gəlişim yaxşı qarşılandı. Mənə olduqca çox maraq göstərildi”. Apasport.az saytının məlumatına görə, bunu “Lans”ın yarımmüdafiəçisi Pyerrik Valdiviya deyib.
“Lion”un yetirməsi olan Valdiviya 2012-ci ilin iyulunda “Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsorluq etdiyi “Lans”la 3 illik müqavilə bağlayıb. 10 gündən sonra 26 yaşını qeyd edəcək fransalı futbolçu klubunun rəsmi saytına Lansdakı karyerasından danışıb: “Ötən mövsüm çox uzun və çətin oldu. Çünki biz klubda işlərin necə olacağını bilmirdik. Xoşbəxtlikdən bizə bu məsələni yoluna qoymaq müyəssər oldu! Bu mövsüm əsas səhmdar Hafiz Məmmədovun meydana çıxması və klub prezidenti Jerve Martelin qayıtması ilə qarşımıza müxtəlif hədəflər qoyuldu. Bu 2 il çox fərqli oldu. Burda olmaqdan şadam”.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ