Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in futbolçusu Bibras Natxo karyerasını Yunanıstan çempionatında davam etdirəcək. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
Belə ki, PAOK 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. Anlaşmaya görə, israilli futbolçu mövsüm sonuna qədər yunan klubunda çıxış edəcək.
Qeyd edək ki, İsrail millisinin də üzvü olan Natxo 2010-cu ildə ölkəsinin “Hapoel” (Təl-Əviv) klubundan Kazan təmsilçisinə transfer olunub. O, cari mövsüm Rusiya Premyer Liqasında 19 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yaxın günlərdə təcrübəli futbolçunun İstanbul “Qalatasaray”ına keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat