Arda Turan sıradan çıxdı
29.01.2014 - 00:44
“Atletiko”nun türkiyəli futbolçusu Arda Turan sıradan çıxıb. Apasport.az-ın məlumatına görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, 26 yaşlı yarımmüdafiəçi ötən günkü məşqdə zədələnib. Məşq zamanı sağ arxa əzələsində ağrılar hiss edən təcrübəli futbolçunun adı İspaniya kuboku çərçivəsində “Atletiko” ilə keçiriləcək matçın iştirak ərizəsindən çıxarılıb. Onun həddən artıq yüklənmə səbəbindən zədələndiyi deyilir.
Qeyd edək ki, Arda ilə birgə ispan klubunun zədəli olan futbolçuları, Tiaqo, Qilavoqi və Oliver də bu matçın iştirak ərizəsində yer almayıb.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0