Topaz Premyer Liqasının XXIX turunda “Xəzər Lənkəran” – “Qəbələ” (1:0) matçının ardından 1 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bazar ertəsindən etibarən növbəti oyunun hazırlıqlarına start verib. Apasport.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən məlumatına görə, Yuri Syominin rəhbərliyi altında doğma məkanda baş tutan hazırlıq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmır.
Lorival Assis isə dizindəki ağrılar səbəbindən komandadan ayrı çalışır. Zədəsi ağır olan Nikola Valentiçin aprelin 14-də əməliyyat olunması gözlənilir. “Qəbələ” AZAL-la oyuna zədəlilərdən əlavə daha bir itki ilə çıxacaq. Sarı vərəqə limitini dolduran Lorenzo Ebesilio "təyyarəçilər"lə oyunu buraxacaq.
Qeyd edək ki, “Qəbələ” - AZAL qarşılaşması aprelin 12-də saat 15:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. Matç İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki