AZAL millinin hücumçusu ilə müqavilə imzaladı
29.01.2014 - 10:05
AZAL klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Tacikistan millisinin futbolçusu Axtam Hamrakulovu transfer edib.
Son 3 mövsümdə “Regar TadAZ” klubunda çıxış edən futbolçu ilə müqavilə də imzalanıb. Tacikistan Futbol Federasiyasından verilən xəbərə əsasən, hücumçu ilə 2,5 illik anlaşma əldə edilib.
Qeyd edək ki, neçə vaxtdır baxışda olan tacik AZAL-da keçirdiyi 5 yoxlama oyununda 1 het-trik və 1 dubl müəllifi olub. 26 yaşlı forvard paytaxt təmsilçisində 22 nömrəli forma ilə çıxış edəcək.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0