FİFA-nın bu gün açıqlanan reytinq siyahısında ən çox irəliləyən komandaların cədvəli müəyyənləşib. Apasport.az saytının hesablamalarına görə, ötən ayla müqayisədə 6 pillə irəliləyişə nail olan Azərbaycan yığması da tərəqqiyə nail olanlar sırasındadır.
Belə ki, 91-ci pilləni 85-ciyə dəyişən komandamız inkişafın böyüklüyünə əsasən “Top-20”yə düşüb. Ən çox irəliləyən 20 millidən biri olan yığmamız 13-18-ci yerləri bölən 6 komandadan biridir. Finlandiya, Seneqal, Qətər, Ekvatorial Qvineya və Suriya milliləri də eyni qədər irəli addımlayıb.
Ən çox inkişaf edən isə Şotlandiyadır. Ada təmsilçisi 15 addım irəliləyib. Millimizin AVRO-2016-dakı rəqiblərindən olan Malta 7 pilləlik irəliləyişlə 10-12-ci yerlərdədir.
Qeyd edək ki, mayın 27-də Azərbaycanla yoldaşlıq oyunu keçirəcək ABŞ da irəliləyib. Amerikalılar 14-cü pillədən 13-cüyə yüksəlib. Millimizin baş məşqçisi Berti Foqtsun müşavir kimi çalışdığı komandanın hesabında 1015 xal var.
- PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”