“Əməliyyatdan sonra bərpa prosesi gözlənildiyindən də sürətli gedir. Düşünürəm ki, növbəti mövsümdən yenidən meydana qayıdacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu İvan İvanov deyib.
2013-cü ildə ölkəsinin ən yaxşısı seçilən 26 yaşlı müdafiəçi 3 aydır meydanlardan kənar düşsə də, AVRO-2016-nın seçmə mərhələsinin startına hazır olacağını bildirib. İsveçrə “Bazel”inin üzvü sentyabrın 9-da Bakıda Azərbaycan yığması ilə baş tutacaq matçda da komandasına kömək edəcəyinə inanır: “Belə vəziyyətdə mənə dəstək olanlara təşəkkür edirəm. Bunun sayəsində müalicəm də sürətlə gedir. Söz verirəm ki, yeni mövsümün əvvəlindən “Bazel”in düşərgəsində olacam və yığmamızın sentyabrın 9-da keçirəcəyi ilk görüşünədək tam formamı bərpa edəcəm”.
Qeyd edək ki, İvanov millidə 35 oyuna 3 qol vurub.
- PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!
- “Fənərbaxça”nın yeni baş məşqçisi rəsmən açıqlandı
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”