“Təxminən iki həftə ərzində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduq. Hazırlığımız yüksək səviyyədə keçdi. Bu müddət ərzində 5 yoxlama oyunu keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo deyib.
Topaz Premyer Liqasının mövsümün ikinci yarısının startı ərəfəsində klubun rəsmi saytına açıqlama verən yarımmüdafiəçi qış fasiləsindəki hazırlıqdan və çempionatdakı mübarizədən danışıb: “Fənərbaxça” ilə görüş maraqlı alındı. Belə qarşılaşmalarda qazanılan nəticədən daha çox göstərdiyimiz oyun vacibdir. Mövsümün ikinci yarısına hazırıq. 4 il bundan əvvəl mən “Neftçi”yə gələndə çempionatda çox az sayda səviyyəli legioner çıxış edirdi. Bu gün isə “Qarabağ”da Riçard Almeyda, Reynaldo kimi futbolçular var. Bu gün eşitdim ki, artıq “Qəbələ” klubu da Marat İzmaylov kimi futbolçunu heyətinə qatıb. Bu o deməkdir ki, çempionatın ikinci yarısı daha maraqlı keçəcək. Bununla yanaşı, çalışacağıq ki, mövsümü birinci pillədə bitirək və ardıcıl dördüncü çempionluğu yaşayaq”.
Qeyd edək ki, “Neftçi” XXIX turda “Simurq”la qarşılaşacaq.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat