Flavinyo məşqə qatılmadı
08.04.2014 - 11:34
Topaz Premyer Liqasının XXX turunda “İnter”lə qarşılaşacaq “Neftçi” məşqlərə start verib. Apasport.az xəbər verir ki, bir günlük istirahətdən sonra “ağ-qaralar” hazırlıqlarını komandanın bazasında davam etdiriblər. Bir saatlıq məşqdə komandanın əsas futbolçularından olan Flavinyo və Bahodir Nasimov qatılmayıb.
Zədəli Bahodir Nasimovdan fərqli, Flavinyo keçən tur “Bakı”ya qarşı oyunda xəsarət alıb. Amma ayağında ağrılar hiss edən futbolçunun zədəsi ciddi deyil. O, sabahdan məşqlərə qoşulacaq.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
0
0