“Başım çıxmır ki, bizim futbol niyə belədir? Əgər tərbiyəsi yoxdursa, oğlumu futboldan uzaqlaşdırsınlar. Xəstəxanadan yeni çıxmışam. Ona görə də əsəbi haldayam. Çox danışa bilmirəm”. Bu sözləri apasport.az saytına millimizin qapıçısı Kamran Ağayevin atası Adil Ağayev deyib.
“Bakı”nın baş məşqçisi Milinko Pantiçin qərarı ilə əsas komandadan uzaqlaşdırılan Kamran Ağayev transferə çıxarılıb. Ancaq millinin qapıçısına transfer məbləği üçün 450 min dollar pul istənilməsi onu istəyən klubların da geri çəkilməsinə səbəb olub.
Bu məsələ ilə bağlı Kamran Ağayevin atası ilə danışmaq qərarına gəldik. Futbolçunun atası xəstəxanadan yeni çıxdığını əsas göstərərək, çox danışa bilməyəcəyini bildirdi. Onun sözlərinə görə, Kamrana qarşı növbəti dəfə haqsızlıq edilib: “Mən “Bakı” rəhbərliyinə nə deyim? Azərbaycan futbolunu belə öldürürlərsə, özləri bilər. Mənim klub rəhbərliyinə və məşqçilərinə deyəcək sözüm yoxdur”.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”