“Atletiko” futbol klubunun futbolçusu Koke Çempionlar Liqasının 1/4 finalında vurduğu qolun əhəmiyyətindən danışıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi komandasının ən güclü rəqiblərdən birini sıradan çıxardığını bildirib.
“Bu qol çox vacib idi. Çünki mən komandamın Çempionlar Liqasının yarımfinalına çıxmasına kömək etdim” - deyə, Koke vurğulayıb: “40 il sonra yarımfinala keçmək çox gözəl hissdir. İnsanların arzusunu bundan sonra da yerinə yetirmək lazımdır. Yarımfinalda bizim rəqibimizə çox çətin olacaq. Bu gün biz ən güclü komandalardan birini, bəlkə də ən güclü komandanı sıradan çıxartdıq”.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki