“Pari Sen-Jermen” futbol klubunun baş məşqçisi Loran Blan Çempionlar Liqasının 1/4 finalının cavab görüşündə “Çelsi”dən aktiv oyun gözləyir. Apasport.az saytının məlumatına görə, bu zaman fransız komandası müdafiəyə çəkilmək niyyətində deyil.
Blan ölkə liqasının və Çempionlar Liqasının səviyyəsinin fərqli olduğunu vurğulayıb: “Amma bizim fəlsəfəmiz var – biz hücum futbolu oynayırıq. Əgər biz top-səviyyəli Avropa klubu olmaq istəyiriksə, biz bu fəlsəfəyə təkcə “Park de Prens”də deyil, eləcə də evdən uzaqlarda da əməl etməliyik. Güman edirəm ki, ilk 20 dəqiqə ərzində müəyyən problemlərimiz olacaq – “Çelsi” aqressiv oynayacaq və erkən qol vurmağa çalışacaq. Bizə isə sakit olmaq və rəqibin əksinə oynamaq lazımdır. Parisdə ikinci hissədə oynadığımız kimi”.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ