21 yaşadək millimizin sabiq futbolçusu Timur Təməltaşın çıxış etdiyi “Altınordu” Türkiyənin II dəstəsində XXIX turu da qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, İzmir təmsilçisi səfərdə “Nazilli Bələdiyyəspor”un qonağı olub.
İzmir təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Görüşdə yeganə qolu 90 dəqiqə çıxış edən Təməltaş vurub. 44-cü dəqiqədə vurduğu qol onun cari mövsüm fərqləndiyi 4-cü top olub. Bu nəticədən sonra xalını 66-ya yüksəldən izmirlilər turnir cədvəlində liderliyini qoruyub saxlayır və Türkiyənin I dəstəsinə vəsiqə qazanmağa əsas namizəd olaraq qalır.
Qeyd edək ki, U-21-in Makedoniya ilə Bakıda baş tutmuş seçmə görüşünün iştirakçısı olmuş Timur Təməltaş sonuncu dəfə milliyə avqustun 14-də Loveç şəhərində keçirilmiş Bolqarıstanla yoldaşlıq oyununda çağırılıb.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ