“Mançester Yunayted”in baş məşqçisi Devid Moyes Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya qarşı oyun barədə fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, Moyes mübarizəyə hazır olduqlarını bildirib.
Baş məşqçi qarşılarında növbəti mərhələyə keçmək tapşırığının durduğunu qeyd edib: “Komanda hazırdır və mübarizəyə köklənib. Oyundan həzz almaq istəyirik və meydana çıxan hər bir oyunçu yaxşı futbol göstərməlidir. “Sərnişin” olmamalıdır. Ümid edirəm ki, oyunumuzu gücləndirə biləcəyik. Mən buna inanıram. Növbəti mərhələyə keçmək üçün mütləq oyunumuzu gücləndirməliyik”.
Xatırladaq ki, İngiltərədə keçirilən ilk oyunda komandalar 1:1 hesablı bərabərliklə ayrılıblar.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki