Norveç millisinin baş inzibatçısı Quttorm Dillinqin başçılıq etdiyi nümayəndə heyəti bu gün “Bakı” klubunun təlim-məşq bazasında olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qısa müddətli səfərin əsas məqsədi 2016-cı il Avropa çempionatının seçmə mərhələsində millimizlə birgə H qrupunda birgə yer alan Norveçin Bakıdakı oyununa hazırlıq məsələlərini müzakirə etməkdir.
Bazanın infrastrukturu ilə yaxından tanış olan qonaqlar gordüklərindən məmnun qaldıqlarını bildirib. Böyük ehtimalla, Norveç yığması paytaxtımıza səfər zamanı millimizlə oyunun hazırlığının son mərhələsini məhz “Bakı”nın bazasında keçirəcək.
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu bu ilin noyabrın 19-da keçiriləcək.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki