Qapıçı bombardirlər sırasında - VİDEO
04.06.2015 - 18:51
Qapıçı bombardirlər sırasında - VİDEO

“San Paulo”nun qapıçısı Rojerio Seni Braziliya birinciliyində növbəti qolunu vurub. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçının vurduğu qol karyerasındakı 128-ci belə uğur olub.

 

“Santos”la oyunda penalti zərbəsindən fərqlənən 42 yaşlı qolkiper komandasına qələbə qazandırmaqla (3:2) yanaşı, həm də qeyd etdiyi qolla klub tarixinin 10 ən yaxşı bombardirindən biri olub.

 

Xatırladaq ki, bu, Seninin futbolçu kimi son mövsümüdür. Qapıçı mövsümün sonunda karyerasını bitirəcəyini elan etmişdi.

 

Rekordçu futbolçunun son qolunun video görüntülərini təqdim edirik.

 

0