Türkiyə çempionatının 29-cu turunda “Qalatasaray”ı öz meydanında qəbul edəcək “Sivasspor” qələbəyə köklənib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi, əfsanəvi braziliyalı Roberto Karlos “aslanı” “hədələyib”.
28-ci turda “Bursaspor”un qonağı olan və gərgin oyundan 4:3 hesabı ilə məğlub ayrılan “Sivasspor” növbəti turda qələbə qazanmaq istəyir. “Sivasspor”un “Qalatasaray” matçına xüsusi olaraq hazırlaşmasında şəxsi münasibət məsələsi də rol oynayır. Vaxtilə “Fənərbaxça”nın tərkibində dəfələrlə “Qalatasaray”a qarşı oyuna çıxan Karlos keçmiş komandasının son derbidə uduzmasını həzm edə bilmir.
Braziliyalı baş məşqçi son məşqdən sonra “Qalatasaray”a mesaj yollayıb: «Bu oyun onlar üçün çətin olacaq. Sivasta oynayırıq və stadionumuz dolu olacaq. “Sivasspor” avrokuboklarda iştirakı hədəfləyən komandadır. “Qalatasaray”ın da bu oyuna yaxşı hazırlaşması lazımdır. Mən komandamı qələbəyə hazırlayıram. Əgər rəqib qalibiyyətə layiq oyun oynasa, onları alqışlayacağıq. Amma qarşıda 6 oyunumuz var və biz bütün oyunlara qələbə üçün çıxacağıq”.
Roberto Karlos “Qalatasaray”dan çəkinmədiyini də bildirib: “Mən “Mançester Yunayted”, “Barselona” kimi dünyanın ən böyük klublarına qarşı oynamışam. Təbii ki, “Qalatasaray”a hörmətimiz var. Böyük oyunçulardan ibarət böyük bir klubdur. Amma qorxmaq və ya çəkinmək… Həyatım boyu belə hissim olmayıb”.
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki