Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, buna Azərbaycan millisinin martın 1-5-də keçiriləcək təlim-məşq toplanışı səbəb olub.
Martın 5-də yoxlama oyunu keçirəcək yığmamızın hazırlıqlarını nəzərə alan PFL çempionatın bəzi matçlarının vaxtının dəyişdirməyi lazım bilib.
Fevralın 16-da keçirilməli olan XXI turun “Bakı” – “Neftçi” görüşü 1 gün əvvəl baş tutacaq.
Bundan başqa, daha 3 turla bağlı qərar verilib. XXII turun bütün matçları fevralın 19-da, XXIII turun qarşılaşmaları fevralın 23-də, XXIV turun görüşləri isə 28-də baş tutacaq.
Mənbə: pfl.az
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat