UEFA-nın Klubların Lisenziyalaşdırması və Maliyyə Fair Play şöbəsinin nümayəndəsi Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, şöbənin Maliyyə Fair Play məsələləri üzrə meneceri Filip Rasmussenin Bakıya səfərinin əsas məqsədi aprelin 9-da Topaz Premyer Liqasında çıxış edən klubların maliyyəçiləri üçün seminar təşkil etməkdir.
Belə ki, UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunacaq seminar Rasmussen tərəfindən prezentasiya təqdim olunacaq, həmçinin nəzəri və praktiki məşğələlər keçiriləcək. Tədbirin sonunda klub nümayəndələri 2013-cü il üzrə müvafiq maliyyə məlumatlarını qeyd olunmuş proqrama daxil edəcəklər.
Rasmussen bu gün AFFA-nın Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə görüş keçirib və bu proses müzakirə olunub. Bu zaman 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədilə AFFA-ya müraciət etmiş klubların sənədləri ilə bağlı potensial risklərə toxunulub. Bununla bağlı qonaq tərəfindən müvafiq tövsiyələr verilib. Rasmussen lisenziya almaq üçün klubların “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydaları”na riayət etməsinin vacibliyini xüsusi qeyd edib.
Mənbə: affa.az
- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki